Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış oldu
29 avqust 2014 | 15:00
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış oldu. Məlumat verildi ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və videomüşahidə sistemləri də quraşdırılacaq.