Nəsimi rayonunda yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir
Nəsimi rayonunda abadlıq, quruculuq və yaşıllaşdırma işləri davam etdirilir. Rayonun S.Vurğun küçəsi 54, 58, 71, S.Əsgərova küçəsi 157, R.Behbudov küçəsi 16, 18, 22, 28 May küçəsi 5, 9, 14, 18, 36, 38, 40, 46, 48, 50, 52, 54, 56, 58, 60, 62, F.Əmirov küçəsi 12, 13, Puşkin küçəsi 13, Nizami küçəsi 99 və 103 saylı ünvanlarda fasadların təmiri başa çatdırılmış, Nizami küçəsi 103, H.Aslanov küçəsi 115, Vidadi küçəsi 189 və S.Vurğun küçəsində həyətlərə asfalt örtüyünün vurulması prosesi başa çatdırılmışdır. Bundan başqa S.Rəhimov küçəsi (Ə.Topçubaşov küçəsindən S.Vurğun küçəsinə qədər olan hissə) və Ə.Topçubaşov küçəsinə(Füzuli küçəsindən Ş.Əzizbəyov küçəsinə qədər olan hissə) yeni asfalt örtüyü vurulmuş, bardürlər dəyişdirilmiş və işıq dirəkləri qoyulmuşdur.
Hal-hazırda rayonun S.Vurğun küçəsi 46, 48, 69, R.Behbudov küçəsi 17, 24, 26 saylı ünvanlarda binaların fasadlarında təmir işləri aparılır, Füzuli küçəsi 53 saylı ünvanda yerləşən binada əsaslı təmir işləri davam etdirilir. Bundan əlavə rayonun M.A.Əliyev, S.Vurğun, 20 Yanvar və D.Əliyeva küçələrində yaşıllaşdırma işləri aparılır.