Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir

06 sentyabr 2014 | 15:00

Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.

Bu gün Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Vaqif prospektində, S.Vurğun, A.Bakıxanov, Ə.Qasımov və H.Ələsgərov küçələrində 500-dən çox həmişəyaşıl ağac, o cümlədən Xan çinarı, dekorativ ağaclar əkilmişdir.

Həmçinin rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayondakı idarə, müssisə, təşkilatların nümayəndələri, gənclər fəallıq nümayiş etdirmişlər.

 

Keçidlər