Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli SİƏD üzrə nümayəndəliyin xidməti ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə

10 sentyabr 2014 | 15:00

Azadlıq prospekti 38, 40, 42, 44, 53, 55, 56, 57, 59, 63, 67, 69, 70, 72, 73, 75, 77, 95, 103, 105, 107 ünvanlarında binaların fasadları tamamilə yenidən qurulmuşdur. fasadlara isti aqlay vurularaq rənglənmiş, lazımsız, şəhər arxitekturasına xələl gətirən reklamlar yeni, işıqlı reklamlarla əvəz edilmişdir.

S.Vurğun küçəsi 110, 116, Ak. Mirqasımov küçəsi 2 ünvanlarında 1-ci mərtəbə aqlay daşla işlənmiş, yuxarı mərtəbələr rənglənmiş, pəncərə və balkonların kənarlarına kant vurulmuşdur.

Ə.Salamzadə küçəsində yerləşən "Kür" kafesi və tikinti materialları bazasının hasarlarına isti aqlay vurularaq rənglənmişdir.

Tbilisi prospektində (Avropa otelinin qarşısı, "Neptun" marketinin qarşısı), Vaqif prospektində, Azadlıq prospektində, H.Ələsgərov küçəsində yeni yaşıllıq zolaqları salınmış, yolların kənarlarında qazon və dekorativ gül kolları əkilmişdir. 

Hazırda nümayəndəliyin ərazisində abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər