Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yeni dərs ili başlandı

15 sentyabr 2014 | 15:00

Nəsimi rayonunda 2006-2014-cü illərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir. Rayon ərazisində yeni parklar, xiyabanlar salınmış, idman meydançaları quraşdırılmış, müxtəlif sosial obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş Dövlət Proqramlarının icrası Nəsimi rayonunda bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurla davam etdirilir.
Yeni dərs ilinin ilk günü rayonda əsaslı təmir işlərinin başa çatdığı 46 və 54 saylı tam orta məktəblərdə təntənəli mərasimlər keçirilmişdir.
Həmin tədbirlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək məktəblərin pedaqoji kollektivlərini və şagirdləri yeni dərs ilinin başlanılması ilə əlaqədar təbrik etmiş və onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, əsası ümummillli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu böyük inkişaf bütün sahələrdə olduğu kimi, təhsildə də özünü bariz şəkildə nümayiş etdirir. Milli təhsilimizin inkişafında, ölkəmizdə yeni təhsil müəssisələrinin inşası və bərpasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Müasir, güclü maddi-texniki bazaya malik təhsil sistemi olmayan ölkənin sürətli inkişafından və gücündən danışmaq yersizdir. Təhsilimizin böyük uğurları və əldə edilən nailiyyətlər ölkəmizdə bu sahənin nə qədər diqqət və qayğı ilə əhatə olunduğunu nümayiş etdirir. Doğrudan da təhsil hazırda Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.


Keçidlər