2014-2015-ci tədris ilinin başlanılması və “Bilik günü” münasibətilə təbrik
Hörmətli Nəsimi rayon təhsil işçiləri və valideynlər!
Əziz tələbələr və məktəblilər!
Sizi 2014-2015-ci tədris ilinin başlanılması və “Bilik günü” münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.
Son illər Respblikamızın hər yerində olduğu kimi Nəsimi rayonunda da yerləşən bütün təhsil müəssisələri əsaslı təmir edilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.
Əsası ümummillli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli təhsilimizin inkişafında, ölkəmizdə yeni təhsil müəssisələrinin inşası və bərpasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Əziz rayon sakinləri!
Sizi bir daha Yeni dərs ilinin başlanılması və “Bilik günü” münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Ən xoş arzularla,
Nəsimi rayon
İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev