Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə təbrik

03 oktyabr 2014 | 15:00

      Əziz Nəsimi rayon sakinləri!

      Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

      Qurban bayramı həm islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümü, həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlərdə ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğuyla yardım göstərir.


Sizi bir daha  bayram münasibətilə təbrik edir, dualarınızın Uca Allahdan qəbul olunmasını arzulayıram.
Bayramınız mübarək!


Ən xoş arzularla,
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı                                     Nəsib Məhəməliyev

Keçidlər