Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bayram tədbiri keçirilmişdir

03 oktyabr 2014 | 15:00

Müəllim peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşə olmaqla, təhsillə yanaşı şagirdlərimizə, gənclərimizə vətənə bağlılığı, sevgini aşılayır.
Ölkəmiz üçün əlamətdar günlərdən biri olan 5 oktyabr “BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ” münasibəti ilə Nəsimi rayonunda bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələri, millət vəkilləri, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları, qabaqcıl və veteran müəllimlər, idarə, müəssısə və təşkilat rəhbərləri iştirak etmişlər.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, hər bir sahədə olduğu kimi təhsil sahəsində də Prezident İlham Əliyev cənablarının və onun xanımı Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss etməkdəyik. Ölkədə günü-gündən gözəlləşən şəhərimizdə yeni məktəb binalarının inşa olunması və onların hər cür avadanlıqla təmin edilməsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sonsuz qayğısının göstəricilərindən biridir. Müəllimlərin peşə bayramı ərəfəsində rayonun təhsil işçilərindən üçü “Əməkdar müəllim” adına layiq görülmüş, biri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Millət vəkilləri Məlahət İbrahimqızı və Ziyad Səmədzadə bütün Azərbaycan müəllimlərini təbrik etdilər və Respublikamızda müəllimlərə olan diqqət və qayğıdan söhbət açdılar. Çıxışının sonunda G.Verdiyeva “BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ” münasibətilə rayonun çoxsaylı müəllim kollektivini təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Tədbirdə bir qrup müəllimə rayon İcra hakimiyyəti başçısının “Fəxri fərman”ı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

 

Keçidlər