Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bayram tədbiri keçirilib

04 oktyabr 2014 | 15:00

Oktyabrın 4-də xalqımızın əziz bayramlarından biri olan Qurban bayramı münasibəti ilə Nəsimi rayonunda bayram tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı rayon sakini də iştirak etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını miiqəddəs bayramla əlaqədar təbrik etmişdir. O demişdir ki, xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşmış, adət-ənənələrinə sadiq qalmış və onları qoruyub saxlamışdır. Azərbaycanda Qurban bayramı hər il böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunur. Bu bayram mərhəmət, bərəkət və xeyirxah əməllərin rəmzi, insanlara ən yüksək keyfiyyətləri bəxş edən möhtəşəm bir hadisədir.

Rayon ərazisində yaşayan bütün aztəminatlı - şəhid, əlil, tənha, ahıl, məcburi köçkün və digər kategoriyalardan olan ailələrə qurban payları vermişlər. Tədbirdə ahıl insanlar ürək sözlərini ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdar olduqlarını bildiriblər.

Keçidlər