Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu: 2014-cü ilin 9 ayı uğurlu olub

13 oktyabr 2014 | 15:00

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, cari ilin 9 ayında ölkəmizdə nailiyyətlər əldə olunmuş, böyük infrastruktur layihələri və proqramlarının icrası müvəffəqiyyətlə davam etdirilmiş, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

9 ayda əhalinin pul gəlirləri 5.4 faiz artmış, ölkə iqtisadiyyatına 19 milyard dollar həcmində investisiya qoyulmuş, valyuta ehtiyatları 53 milyard dollara çatmışdır. İlin 9 ayı ərzində ölkəmizdə 100 mindən artıq yeni iş yeri açılmışdır. Əldə edilən bu nailiyyətlər əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan  və bu gün möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik siyasətin bariz nümunəsidir.

Natiq bildirmişdir ki, ötən 9 ayda Nəsimi rayonunda da sosial-iqtisadi sahədə nailiyyətlər əldə edilib. Hesabat dövründə rayonda 274 mln. 110 min manat həcmində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.4 % faiz çoxdur. 9 ay ərzində rayonda 2271 yeni iş yeri açılmışdır.

2014-cü ilin 9 ayında Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 956 ailənin 3 min 593 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları 326 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərmişlər.

İnşası və əsaslı təmiri başa çatdırılmış  Nəsimi rayonu 23, 46, 54 saylı tam orta məktəblərin açılışı  olmuşdur.  Açılış mərasimlərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  iştirak  etmişdir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev hesabat məruzəsi ilə çıxış etdi. O dedi ki, ilin 9 ayı ərzində sənayenin dövlət sektorunda 123 mln. 210 min manatlıq və ya ümumi istehsalın 44.9 %-i qədər, qeyri dövlət sektorunda isə 150 mln. 900 min manatlıq və ya ümumi istehsalın  55.1 %-i səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2014-cü ilin 9 ayında istehlakçılara 85 mln 112 min manatlıq və ya bütün sənaye istehsalının 46.3%-i qədər sənaye məhsulu göndərilmişdir. 2014-cü ilin oktyabr  ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 1 mln. 520 min manat olmuşdur.

Ötən dövrdə Nəsimi Qaz İstismar İdarəsi tərəfində istehlakçılara istehlakçılara 6 mln. 933 min 33 manat, o cümlədən əhaliyə 3 mln. 874 min 82 manatlıq təbii qaz satmışdır. Ümumi satışın və əhaliyə satılmış təbii qazın dəyəri 103,0% ödənilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da abadlıq və yenidənqurma işləri həyata keçirilir. Hazırda Cavadxan küçəsində salınan parkın tikinti işləri başa çatmaqdadır, yaxın günlərdə istifadəyə veriləcəkdir. Hüseynbala Əliyev küçəsi ilə Rəşid Məmmədov küçələrinin kəsişməsində yerləşən “Heydər parkı”nda isə əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən parkın şimal hissəsi sökülərək (M.Əcəmi metrosunun qarşısı) yenidən abadlaşdırılır. Vaqif pr., X.Şuşinski, Ə.Qasımzadə və S.Rüstəm küçələri ilə əhatə olunan parkda və Asif Məhərrəmov küçəsi 47 ünvanın qarşısında yerləşən parkda abadlıq işləri aparılır. Mir Cəlal küçəsi 2, 4, 16 saylı binaların qarşısındakı ərazidə əsaslı yenidəqurma işləri aparılaraq, müasir tələblərə cavab verən parkın salınmasına başlanmış, hal-hazırda işlər davam etdirilir. Tbilisi, Vaqif, Azadlıq və Moskva prospektləri, S.Vurğun, M.Cəlal, Cavadxan, 20 Yanvar, H.Seyidzadə, R.Behbudov, Ü.Hacıbəyov, D.Əliyeva, H.Ələsgərov küçələri boyunca 17460 m2 yeni yaşıllıq zolaqları salınaraq, 2474 ədəd ağac və gül kolları əkilmişdir. Səkilərin təmiri zamanı 5254 m2 səki daşı (tamet) vurulmuş, 5321 p.m. bardyur yenisi ilə əvəz edilmişdir.

Bülbül prospekti, Füzuli, S.Vurğun, C.Məmmədquluzadə, 20 Yanvar, Cavadxan və rayonun digər küçələrində, məhəllədaxili yollarında təmir işləri zamanı ümumilikdə 59.920 m2 asfalt örtüyü vurulmuşdur.

Göründüyü kimi, 2014-cü ilin 9 ayı ərzində rayonumuzda əhəmiyyətli işlər görülmüş, rayon iqtisadiyyatının inkişaf tempi yüksələn xətlə davam etmişdir. Eyni zamanda, önəmli abadlıq və yenidənqurma işləri aparılmış rayonumuzun siması daha da müasirləşmişdir. Lakin görüləcək işlərimiz hələ də çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələr bizdən daha əzmli işləməyi tələb edir.

Sonra Nəsimi  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon  enerji  təchizatı  və satışı idarəsinin rəisi  Ramil Yusifov, Nəsimi Sukanal Departamentinin  rəisi Həmdulla Əliyev və  başqaları  çıxış etdilər. Onlar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.

Tədbirdə Milli Məclisin  deputatları  Ziyad Səmədzadə  iştirak edirdi.

Keçidlər