Nəsimi rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlamışdır
“Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslara Nəsimi rayonunda start verilmişdir.
Kursların birinci günündə Nəsimi rayonu 21 saylı birinci , 22 saylı ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin və Nəsimi rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminarlar təşkil edilmişdir.
Nəsimi rayonu 21 saylı birinci seçki dairəsində keçirilən seminarda MSK-nın üzvü Taman Cəfərova “Seçki proseslərində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda çıxış etmişdir. Sonra Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağım seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunmasdı mexanizmləri haqqında geniş çıxış etmişdir.
Nəsimi rayonu 22 saylı ikinci seçki dairəsində keçirilən seminarda Nəsimi rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Vasif Əliyev və Nəsimi Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Vüsal Axundov çıxış etmişlər. Onlar da çıxılarında seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması və bildirişlərin seçicilərə çatdırılması mövzularında məruzə ilə çıxış etmişlər.
23 saylı Nəsimi-Səbail seçki dairəsində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev və Nəsimi rayon Prokurorunun böyük köməkçisi Şəbnəm İbrahimova çıxış etmişlər. Onlar da çıxış edərkən bələdiyyə seçkiləri zamanı yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzusuna toxunmuşlar.
Qeyd edək ki, bu kurslar Nəsimi rayonunda 23 və 24 oktyabr tarixlərində də keçiriləcək.