Nəsimi rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ikinci günü keçirilib
“Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kursların ikinci günü keçirilib.
Kursların ikinci günündə Nəsimi rayonu 21 saylı birinci , 22 saylı ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin və Nəsimi rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminarlar təşkil edilmişdir.
Nəsimi rayonu 21 saylı birinci seçki dairəsində keçirilən seminarda Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva, Nəsimi Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Vüsal Axundov. Nəsimi Polis İdarəsinin əməkdaşı Tofiq Namazov və MSK-nın sədri Məhsəti Ağayev çıxış etmişdilər.
Nəsimi rayonu 22 saylı ikinci seçki dairəsində keçirilən seminarda Nəsimi rayon Prokurorunun köməkçisi İsmayıl Rövşənov və MSK-nın sədri Vaqif Qasımov. çıxış etmişdilər.
23 saylı Nəsimi-Səbail seçki dairəsində Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov və MSK-nın sədri Ağabala Quliyev çıxış etmişdilər.