Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların üçüncü günü keçirilib

25 oktyabr 2014 | 15:00

“Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb.

Kursların üçüncü günündə Nəsimi rayonu 21 saylı birinci , 22 saylı ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin və  Nəsimi rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminarlar təşkil edilmişdir.

Nəsimi rayonu 21 saylı birinci seçki dairəsində keçirilən seminarda DSK-nın sədri Məhsəti Ağayeva Nəsimi rayon Prokurorluğunun əməkdaşı Çingiz Quliyev çıxış etmişlər.

Nəsimi rayonu 22 saylı ikinci seçki dairəsində keçirilən seminarda Nəsimi RİH-nin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsən Məmmədov, MSK -nın katibi Arifə Muxtarova, MSK üzvü Tamam Cəfərova çıxış etmişdilər.

23 saylı Nəsimi-Səbail seçki dairəsində isə MSK- nın katibi Arifə Muxtarova, MSK üzvü Tamam Cəfərova çıxış etmişdilər. 

Keçidlər