Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Nəsimi rayon İcra Hakimiyyəti birgə müşavirə keçirmişdir

28 oktyabr 2014 | 16:00

28 oktyabr 2014-cü il tarixdə  Nəsimi rayonu İcra Hakimiyyətində "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirilmişdir. Müşavirədə giriş sözü ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev keçirilən müşavirənin əhalinin maarifləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Natiq çıxışı zamanı qış mövsümünün yaxınlaşması ilə əlaqədar bu məsələnin daha da aktual xarakter daşımasından danışmış, yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı birlikləri, Mənzil Kommunal İstismar sahələri, bələdiyyələr, Qaz İstismar Sahəsi, Enerji Təchizatı və Satışı idarələrinin, təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söhbət açmışdır.
Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov çıxış etmişdir. O, da çıxışında yanğın hadisələri zamanı FHN-nin fəaliyyət istiqmətləri və əhaliyə dərhal yardım göstərilməsi məsələlərinə toxunmuşdur.
Daha sonra "Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları" haqqında FHN-nin Bakı Regional Mərkəzinin İstismarda olan binaların təhlükəsizliyinin Monitorinqi şöbəsinin rəisi, mayor Elgün Ələkbərov çıxış etmişdir.
Müşavirə II Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, mayor Firuddin İbrahimov, Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik –leytenant Mustafa Dünyamalıyev və digər natiqlərin çıxışları ilə davam etmişdir. Onlar da yanğınların profilaktikası və yanğın hadisələri zamanı əhalinin maarifləndirlməsi mövzusuna toxunmuş, rayon ərazisində yanğın mühafizəsi problemləri həlli yollarına dair fikirlər səsləndirmişlər.
Tədbirdə həmçinin «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda da çıxışlar dinlənilmiş, «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Keçidlər