Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir

01 noyabr 2014 | 16:00

Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.

Bu gün Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Tbili prospektində, H.Seyidzadə, 20 Yanvar və Cavadxan küçələrində 500-dən çox həmişəyaşıl ağac, o cümlədən çinar, kiparis, liandra, Eldar şamı, sərv, küknar və s. dekorativ ağaclar əkilmişdir.

Həmçinin rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayondakı idarə, müssisə və  təşkilatların nümayəndələri, o cümlədən gənclər fəallıq nümayiş etdirmişlər.

Keçidlər