Dövlət Bayrağı günü münasibətilə tədbir
Əvvəlcə tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yuxarı sinif şagirdlərinin bayraqla bağlı əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Sonra Nəsimi RİH Akt zalında rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva açdı. O, qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayramları sırasına daha bir əlamətdar gün-9 noyabr-Dövlət Bayrağı günü daxil olmuşdur. Bizim bayrağımız , gerbimiz, himnimiz və digər atributlarımız Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərdir. Dövlətimizin başçısı cənab İlham Əliyev mənəvi dəyərlərimizə, mədəniyyətimizə, dövlət atributlarına daim diqqət və qayğı göstərir.
Sonra tədbir Azərbaycan musiqisinin sədaları altında milli rəqslərin nümayişi ilə davam etdirildi.
Sonda Bakı Uşaq Teatrının ifasında "Vətən" tamaşası nümayiş etdirildi.
Tədbirin yekununda Azərbaycan himninin sədaları altında üçrəngli bayraq səhnəyə gətirildi.