Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü ilə bağlı tədbir

09 noyabr 2012 | 16:00

08 noyabr 2012-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin Akt zalında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev açaraq bayrağın tarixindən, onun əhəmiyyətindən danışmışdır. O, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının üçrəngli bayrağının ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsini və bu addımın o dövr üçün çox cəsarətli bir addım olmasını qeyd etdi. Bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, dövlət bayrağına və digər dövlət atributlarına da Cənab Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qayğı göstərildiyini bildirdi. Sonra isə çıxış üçün söz “Azərbaycan Respublikasının Dövlət Bayrağı” kitabının müəllifi, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüqar Məmmədova verildi. O, ilk bayraqların meydana gəlməsi, bayraq üzərindəki simvolların ifadə etdiyi mənalar və bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının əhəmiyyəti barədə geniş məruzə ilə çıxış etmişdir. Sonda İcra Hakimiyyətinin Başçısı bir daha Azərbaycanın üçrəngli bayrağının hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğuladı və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Keçidlər