Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" adlı tur aksiyaya start verildi.

11 noyabr 2014 | 16:00

“Ölkəmizi tanıyaq” lahiyəsi çərçivəsində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nümunəvi şagird Quba, Qusar və Xaçmaz rayonlarına yola salınmışdır. Yolasalma mərasimində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları , pedaqoji ictimaiyyətin nümayəndələri, valideynlər və ziyalılar iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan Sarayın qarşısındakı abidəsini ziyarət etdilər. Məktəblilərin yolasalma mərasimində rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva dövlət başçısının tapşırığı əsasında reallaşan bu lahiyənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bütün bunlar gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyədə olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Şagirdlər hər üç rayonun mədəniyyət ocaqları, tarixi abidələri və muzeyləri barədə ətraflı məlumatlandırılacaqlar. Eyni zamanda region gəncləri arasında milli adət-ənənələrimizin öyrənilməsi və təbliği barədə fikir mübadiləsi aparılacaq.
Sonra şagirdlərdən Ləman Əkbərli və Fəxriyyə Zeynallı çıxışlarında göstərilən bu qayğıya görə dövlət başçısına aksiya iştirakçıları adından dərin təşəkkürlərini bildirdilər.

Sonra maarifləndirici tur aksiyanın iştirakçıları avtobusla yola düşdülər. Onların səfəri 3 gün davam edəcək. Növbəti qrupun tur aksiyası noyabrın 14-17 tarixlərində təşkil olunacaq.

Keçidlər