Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Konstitusiyası dövlətçilik ənənələrimizi, milli dəyərlərimizi özündə ehtiva edir

12 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyalarını, insan hüquq və azadlıqlarının təmin olunmasına müasir yanaşmanı, dövlətçilik ənənələrimizi, milli dəyərlərimizi özündə ehtiva edir.

Noyabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə çıxış edərək Konstitusiyamızın tarixindən, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından danışıb. O, Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. N.Məhəməliyev Nəsimi rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında da məlumat verib. Əlamətdar gündə rayon ərazisində yerləşən Heydər Parkı və Cavadxan küçəsindəki park əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib. Tədbir iştirakçıları hər iki parkda insanların istirahəti üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirdə Nəsimi rayonunun millət vəkilləri Ziyad Səmədzadə, Aytən Mustafayeva və Asim Mollazadə də iştirak etmişlər.

Keçidlər