Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Cavadxan parkı əhalinin istifadəsinə verilmişdir.

13 noyabr 2014 | 16:00

Noyabr ayının 12-də Nəsimi rayonu Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən yeni salınmış istirahət mərkəzi - Cavadxan parkı əhalinin istifadəsinə verilmişdir. 3,2 hektar ərazini əhatə edən parkda 12000 kv.m. əraziyə qazon örtüyü vurulmuş, 1000-dən çox yeni ağac və dekorativ gül kolları əkilmişdir. Bundan başqa 10000 kv.m. sahəyə tamet daşı döşənmişdir. Parkın ərazisində insanların istirahət etməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemləri və rahat oturacaqlar quraşdırılmışdır. Həmçinin parkda uşaqlar üçün karusel və digər uşaq əyləncə avadanlıqları yerləşdirilmişdir.

Keçidlər