Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə dəyirmi masa.

21 noyabr 2014 | 16:00

Noyabrın 21-də Nəsimi rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasındakı Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Tədbirdə çıxış edən, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat verib.

Dəyirmi masa iştirakçıları partiyanın yaranma tarixinə nəzər salaraq qeyd ediblər ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verib: “Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. 

Keçidlər