25 Noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür.
Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 25 Noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışdı. Bildirdi ki, Azərbaycanda insan hüquqları xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı bu məsələdə vətəndaş cəmiyyətinin də rolu çox böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.
Sonra tədbirdə qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı təqdimat və çıxışlar oldu. Problem ətarfında fikir mübadiləsi aparıldı. H.Sarabski adına mədəniyyət evi kollektivinin təqdim etdiyi səhnəcik də maraqla izlənildi.