Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bələdiyyə seçkiləri ilə bağlı seminarlar təşkil edilib

27 noyabr 2014 | 16:00

Mərkəzi Seçki Komissiyası (MSK) Nəsimi rayonunda kurslara başlayıb.
Mərkəzi Seçki Komissiyası  21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail  seçki dairələrində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
Noyabrın 25-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının  və məntəqə seçki komissiyalarının üzvləri iştirak edirlər. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri,  yerli dairə seçki komissiyalarının sədrləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyublar.
İxtisaslaşdırılmış kurslar 3 gün davam etmiş və 27 noyabrda başa çatmışdır.

Keçidlər