Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Dövlət Dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi vəziyyəti barədə müşavirə keçirilmişdir

27 noyabr 2014 | 16:00

27 noyabr 2014-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında RİH başçısının müavinləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə başçının nümayəndələri, rayon MKTB-nin rəisi və əraziyə xidmət göstərən MKİS-i rəislərinin iştirakı ilə "Dövlət Dili haqqında"Azərbaycan Respublikası Qanununun tətbiqi vəziyyətinə dair müşavirə keçirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı N.Məhəməliyev rayonun küçə və prospektlərində müxtəlif kommersiya və qeyri-kommersiya obyektlərinin yerləşdirdikləri reklam lövhələrində “Dövlət dili haqqında” AR Qanununun tələblərinin pozulması ilə bağlı əvvəllər də reydlər keçirildiyini, bu cür reklam lövhələrinin dəfələrlə yığışdırılmasına baxmayaraq, səmərəli nəticə əldə olunmadığını, yenə də reklam lövhələrində əcnəbi dildə adlıqların, müxtəlif şərhlərin olduğunu bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan dilində yerləşdirilən şəhər mühitinə uyğun olmayan, estetik zövqdən uzaq, lazımsız, primitiv şərhlər verilən reklam lövhələrinə də rast gəlinir.
Bakı şəhər İcra Hakimiyyətinin Reklam Departamentinin də iştirakı təmin olunmaqla təcili reydlərə başlanılmalı, qanunun tələblərini pozan bu cür reklam lövhələri sökülməlidir. Dünyada artıq brend kimi tanınan və bu ad altında reklam yerləşdirən obyektlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində əcnəbi dildə qeydiyyatdan keçən və qeydiyyatdan keçdiyi ad altında reklam yerləşdirən obyektlərə toxunulmamalıdır.
RİH başçısı Nəsib Məhəməliyev rayon İcra Hakimiyyəti başçısının müavinlərinin Sahə İnzibati Ərazi Dairəsi üzrə başçının nümayəndələri ilə birgə rayonun küçə və prospektləri üzrə bölgü aparıb müşavirədən dərhal sonra tapşırığın icrasına başlamaları barədə göstəriş verdi.

Keçidlər