Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü münasibətilə tədbir

03 dekabr 2014 | 16:00

Beynəlxalq Əlillər günü münasibətilə 3 dekabr 2014-cü il tarixdə rayon ərazisində yerləşən Qızıl Tac şadlıq sarayında tədbir keçirilmişdir. Tədbiri girş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov açaraq  bildirmişdir ki, BMT-nin təşəbbüsü ilə bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında 1994-cü ildən etibarən Azərbaycanda da qeyd edilir.

Natiq qeyd etmişdir ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətin qayğısı ilə əhatə olunur və onların problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamaları üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.

Sonra Nəsimi Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Emil İsmayılov çıxış edərək bildirmişdir ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir və bu insanlara hərtərəfli kömək hamımızın borcudur.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Tədbirdə 150-dən çox əlilə maddi yardım verilmişdir. Yataq xəstəsi olan əlillərə həmin yardımlar evlərində çatdırılmışdır.

Keçidlər