Qanunauyğun olmayan reklam lövhələrinin sökülməsi
Bu gün Nəsimi rayonu ərazisində yerləşən obyektlərin üzərində olan və ”Reklam haqqında" Azərbaycan Respublikası Qanununa, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna, ölkə prezidentinin 3 noyabr 2001-ci il tarixli 596 aylı fərmanı ilə təsdiq edilmiş "Reklam yayımının icazə (razılıq) verilməsi qayadaları”na, Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 92 nömrəli qərarına uyğun olmayan reklam lövhələri müvafiq qurumlar tərəfindən sökülmüşdür. Obyekt sahiblərinə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq qanunauyğun olmayan reklam lövhələrinin dəyişdirilməsi ilə bağlı onlar tərəfindən müvafiq tədbirlər görülməmişdir. Buna görə də rayon İcra Hakimiyyəti tərəfindən qanunauyğun olmayan və şəhərin ümumi görünüşünə xələl gətirən reklam lövhələri sökülmüşdür. Proses davam etdirilir.