Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2014-cü ilin noyabr ayı ərzində görülmüş işlər barədə

04 dekabr 2014 | 16:00

Nəsimi rayonu ərazisində Heydər Əliyev Fondu tərəfindən M.Cəlal küçəsi 24 saylı binanın qarşısında 120 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Cavadxan küçəsi 1410-cu məhəllədə 120 yerlik digər uşaq bağçasının tikintisinə hazırlıq işləri gedir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda əsaslı təmir işləri başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda isə əsaslı təmir işləri aparılır.
19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir. Rayonun Moskva və Azadlıq prospektlərində, 20 Yanvar, A.Salamzadə, M.Qasımov, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Həmçinin rayonun Tbilisi, Vaqif və Azadlıq prospektlərində, S.Vurğun küçəsində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır və səkilərə tamet daşları vurulur. Tbilisi prospekti,  H.Seyidzadə, 20 Yanvar və Cavadxan  küçələrində iməciliklər keçirilmiş, 600-dən çox dekorativ ağaclar əkilmişdir.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 51 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1205 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 6 ədəd 1 sayğaclı, 3 ədəd 8 sayğaclı, 1 ədəd 10 sayğaclı  SMS tipli panellər quraşdırılmışdır.
2 ədəd köhnə KTM yeni 1000kva vakum açarlı KTM ilə vəvz olunmuşdur.
TM-lərin içərisi, dam örtükləri təmir olunmuş ətrafı abadlaşdırılmış, dispetçer adları təzələnmişdir.
99 saylı yarımstansiyada 35 kv-luq “99-111”, “97-96” №1 kabel xətti cari təmir edilmiş,  “Dərnəgül2 -97” №2  kabel xəttinin xarakteristikası çıxarılmışdır.
“101” saylı yarımstansiyada 1 saylı 25 mva transformator cari təmir edilmişdir.
Noyabr ayı ərzində 74 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, müxtəlif diametrli ümumilikdə uzunluğu L-202 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 23 ədəd vintil quraşdırılmış, 1 ədəd yeni siyirtmə və 3 ədəd xamut quraşdırılmış, 4 ədəd siyirtmə təmir edilmişdir.
       Nasos stansiyalarında 2 dəst nasos avadanlığı quraşdırılmış və 1 dəst elektrik mühərriki təmir olunmuşdur.
410 ədəd yağış barmaqlıqları, 355 ədəd kanalizasiya nəzarət quyusu, 3200 p.m. fekal kanalizasiya şəbəkəsi və 700 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 29 p.m kanalizasiya xətti təmir edilmişdir. 4 ədəd kanalizasiya lyukunda çuğun qapaq dəsti quraşdırılmışdır.
1 saylı İSİS-nin ərazisində noyabr ayında tədbirlər planına uyğun olaraq təmir –bərpa işləri davam etdirilir. Müxtəlif ünvanlarda binaların aşağı paylama və məhəllə daxili istilik xətlərində cari təmir işləri aparılmışdır.
Rayon ərazisində 25 ədəd məhəllədaxili qazanxana və 19 istilik məntəqəsi, RİQ-1 daxil olmaqla məhəllədaxili və magistral istilik xətləri su ilə doldurularaq işçi rejimə gətirilmişdir. İşçi rejimə gətirilən zaman aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.
10 noyabr 2014-cü il tarixdən ərazimizdə olan qazanxanalar ardıcıl olaraq qrafikə əsasən işə salınmışdır.
Hal-hazırda bütün qazanxana və istilik məntəqələri işləyir, 211 yaşayış binası, 17 orta məktəb, 11 uşaq bağçası, 6 səhiyyə obyekti və 24 digər obyekt istilik enerjisi ilə təmin olunurlar.

İşlər davam etdirilir.

Keçidlər