Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr - Konstitusiya Günü

13 noyabr 2012 | 16:00

12 noyabr 2012-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin Akt zalında 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev açaraq Konstitusiyanın tarixindən, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından, onun əhəmiyyətindən və hər bir Azərbaycan vətəndaşı üçün yaratdığı imkanlardan danışmışdır. O, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya Komissiyasının yaradılmasını və 12 noyabr 1995-ci il tarixdə keçirilən referendumla Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsini və onun əhəmiyyətini qeyd etdi. Nəsib müəllim həmçinin hər bir Azərbaycan vətəndaşının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarını bilməsinin vacibliyini vurğuladı. Sonra isə çıxış üçün söz Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Vasif Əliyevə verildi. O, da öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyəti və inkişaf mərhələləri barədə geniş məruzə ilə çıxış etdi. Sonda İcra Hakimiyyətinin Başçısı bir daha Azərbaycanın Konstitusiyasının və digər qanunlarının hər bir Azərbaycan vətəndaşı üçün böyük imkanlar yaratdığını vurğuladı və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Keçidlər