Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi keçirilmişdir.

30 dekabr 2014 | 16:00

Nəsimi rayon İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyev tədbiri açaraq iştirakçıları təbrik etmiş və onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, yola saldığımız 2014-cü il ölkəmiz üçün əlamətdar olmuş, qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmişdir. Bu il beynəlxalq, iqtisadi, sosial, mədəni sahələrdə uğurlarla yadda qalmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də ölkəmizdə boyuk infrastruktur layihələri həyata keçirilmiş, genişmiqyaslı tikinti-quruculuq işləri görülmüş, elm, təhsil və mədəniyyətdə nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hər tərəfli inkişafına və qüdrətli dövlət kimi bərqərar olmasına yönəlmiş müdrik siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirilməsinin bariz nümünəsidir.

Nəsib Məhəməliyev bildirmişdir ki, 2014-cü ildə Nəsimi rayonunda bütün sahələrdə nailiyyətlər qazanılmış, tikinti-quruculuq işləri geniş vüsət almışdır. Son illər aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri sayəsində Nəsimi rayonu paytaxtımızın gözəl və yaraşıqlı ərazisinə çevrilmişdir.

Sonra rayon ictimai, sosial-iqtisadi heyatında fəal iştirakına görə bir grup işçiyə Nəsimi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Respublikamızın tanınmış müğənniləri və musiqi kollektivlərinin ifasında böyük konsert proqramı nümayiş etdirildi.

Tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edirdi.

 

 

 

Keçidlər