Valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələrin uşaqları üçün bayram şənliyi
Bu gün Nəsimi rayonu ərazisində yerləşən "Koala" parkında valideyin himayəsindən məhrum olmuş 100-ə yaxın uşaqların və aztəminatlı ailələrin uşaqlarının iştirakı ilə bayram şənliyi keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi ilə bağlı görulən işlər onlara göstərilən dövlət qayğısı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı lahiyələrdən danışdı. Natiq qeyd etdi ki, gələcəyimiz olan uşaqların xoşbəxt və firavan yaşaması onların sağlamlığı, təhsili və cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyüməsi daim dövlətimizin diqqət mərkəzindədir.
Uşaqlar üçün bayram süfrəsi açılmış, onlara hədiyyələr verilmişdir. Uşaqlar yolka ətrafında mahnı oxuyub, şer söyləyib rəqs etmişlər. Bundan əlavə uşaqların əylənməsi və xoş istirahət etməsi təmin edilmişdir.