Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu ərazisində son bir həftə ərzində görülmüş işlər barədə məlumat

20 noyabr 2012 | 16:00

Ə.Qasımzadə küçəsi 72, Vaqif pr. 11 və C.Hacıbəyli küçəsi 45 ünvanlarında binaların fasadında təmir işləri gedir.
20 Yanvar küçəsi 21b ünvanında yeni idman meydançasının tikintisi aparılır.
2-ci mkr. ərazisindəki “Heydər” parkında və Cavadxan küçəsindəki parkda əsaslı təmir işləri gedir.
20 Yanvar küçəsi 8 və Cavadxan küçəsi 1 ünvanlarında 200 kv.m. qazon salınmış, 300-dən çox kol əkilmişdir. Həmçinin 20 Yanvar küçəsi 21b saylı binanın qarşısında və 2/51 ünvanlarında 2900 kv.m.asfalt örtüyü vurulmuş, 150 p/m bardur düzülmüşdür.
 

Keçidlər