20 Yanvar faciəsindən 25 il ötür
Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin Akt zalında 20 Yanvar hadisələrinin 25-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri, əlillər, rayon icra hakimiyyətinin əməkdaşları, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbirin əvvəlində 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunmuş, bədii hissə keçirilmişdir. Sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Nəsimi RİH başçısının birinci müavini Ağa-Əli Əhmədov çıxış edərək 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermiş, bu hadisənin xalqımızın azadlıq mübarizəsində önəmindən danışmışdır. O, həmçinin Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin Sərəncamına uyğun olaraq Nəsimi rayonu ərazisində 20 Yanvar hadisələrinin 25-cü ildönümü ilə bağlı tədbirlər planının hazırlandığını da iştirakçıların diqqətinə çatdırmışdır. Sonra çıxış üçün söz Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyevaya və 20 Yanvar Cəmiyyətinin sədri Tofiq Allahverdiyevə verilmişdir. Onlarda, da çıxışı zamanı şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışmış və hal-hazırda mövcud olan problemlərini dilə gətirmışdir. Sonra 20 Yanvar şəhid ailələrinin və əlillərin problemləri dinlənilmiş və həlli üçün müvafiq götərişlər verilmışdir. H.Sarabski adına Mədəniyyət Evinin kollektivi 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş etdirmişdir. Tədbirin sonunda şəhid ailələrindən və əlillərdən ibarət 54 nəfər maddi yardımla təmin edilmışdir.