Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hesabat yığıncağı

29 yanvar 2015 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildə fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirildi. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ağa-Əli Əhmədov açaraq bildirdi ki, 2014-cü ildə sosial-iqtisadi vəzifələr uğurla  yerinə yetirilmiş, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı davam etmişdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idarəetmədə də islahatlar həyata keçirilir və bu cəhətdən sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinin böyük əhəmiyyəti vardır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarovun məruzəsi dinlənildi. O bildirdi ki, nümayəndəliyin ərazisində 81787 nəfər yaşayır və 2,98 kvadratkilometr sahəni əhatə edir. Burada 6 mənzil-kommunal istismar sahəsi xidmət göstərir və nümayəndəlik il ərzində bu qurumların fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətini davam etdirmişdir.

Keçən il doqquz ünvanda məhəllədaxili yol və həyətlərə, ümumilkdə 25 min kvadratmetr asfalt örtüyü vurulmuşdur. Yaşayış binalarında 198 giriş qapısı təmir edilmiş, 2148 paqonometr ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Beş ünvanda 1086 kvadratmetr dam örtükləri təmir edilmişdir. Ərazidə abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir. Keçən il 2-ci mikrorayondakı Heydər parkında və Cavadxan küçəsində yerləşən parkda genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılmış, yaşıllıq zolaqları salınmış və sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Cavadxan küçəsində iki binanın qarşısında istirahət guşələri yaradılmış, burada uşaq oyun elementləri quraşdırılmışdır. Tbilisi və Moskva prospektlərində, ümumilkdə 11 min kvadratmetr yaşıllıq zolaqları salınmışdır. Moskva prospektində 2210 ədəd həmişəyaşıl və dekorativ ağac əkilmiş, dörd ünvanda 7100 kvadratmetr səkiyə tamet plitə döşənmidir.

Nümayəndəlik tərəfindən ərazidə qanunsuz tikintilərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində tədbirlər görülmüş, bununla bağlı tərtib edilmiş aktlar rayon icra hakimiyyətinə və digər əlaqədar təşkilatlara göndərilmişdir. İl ərzində yerlərdə altı səyyar qəbul keçirilmiş, vətəndaşların şikayət və təklifləri dinlənilərək tədbir görülməsi üçün aidiyyatı qurumlara tapşırıqlar verilmişdir.

Sonra 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Mirnazir Əliyev, 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova, sakin Fərqanə Abdulova və 20 saylı poliklinikanın baş həkiminin müavini Nəzakət Həsənova çıxış etdilər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci   müavini Ağa-Əli Əhmədov tədbirə yekun vurdu.

Keçidlər