5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.
Azərbaycan Respublikasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bununla əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta təhsil müəssisələrində, həmçinin şahmat məktəblərində silsiləvi idman yarışları, şahmat turnirləri təşkil olunub.
Şübhəsizdir ki, gənclərin fiziki və zehni səmərəliliyinin artırılması, sağlam gələcəklərinin daha da təmin olunması hər bir ölkənin qarşısına qoyduğu əsas prioritetlərdən biridir. Bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə görülən işlər, açılan olimpiya idman kompleksləri, şahmat məktəbləri əldə olunan uğurların bariz sübutudur. Eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən təmir olunan və madii-texniki bazası gücləndirilən idman məktəblərinin sayının artaraq mütamadi hal alması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi qayğının göstəricisidir.
Elitar Gimnaziyada gənclərin zehni düşüncəsinin, zəkasının, funksiyasının və optimallığının artırılması məqsədi ilə şagirdlər arasında şahmat turniri təşkil olunub.
Turnirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrosmeyster Aynur Sofiyeva, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, ictimaiyyət nümayəndələri, rayon gəncləri iştirak edib.
Turnirdə çıxış edənlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə gənclərin idmana olan münasibətindən, əldə olunan uğurlardan, nailiyyətlərdən, perspektivlərdən və görülən bu kimi genişməqsədli işlərdən bəhs ediblər. Həmçinin, vurğulanıb ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən 5 mart - Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir və məhz bu tarix gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Həmçinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində də turnir təşkil edilib. Qaliblər müxtəlif mükafat və diplomlarla təltif olunub.