“Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu”
Bu gün Nəsimi RİH-nin Akt zalında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə Nəsimi RİH Başçısının birinci müavini Ağa-Əli Əhmədov açmışdır. O, insanların yanğın hadisələri zamanı davranış qaydaları barədə maarifləndirilməsinin əhəmiyyətindən danışmışdır. Sonra FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini , polkovnik Cəfər Məmmədov çıxış etmişdir. O, çıxışı zamanı FHN-nin fəaliyyət istiqamətləri və struktur bölmələri barədə məlumat vermişdir. Daha sonra dəm qazı ilə zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı videomaterial nümayiş etdirilmişdir. Videomaterialın nümayişindən sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov çıxış edərək yanğın təhlükəsizliyi qaydaları barədə çıxış etmişdir.
Nəsimi rayon Qaz İstismar Sahəsi və Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları da öz fikirlərini bildirmiş, onlara ünvanlanan sualları cavablandırmışlar.
Sonda, Nəsimi RİH Başçısının birinci müavini Ağa-Əli Əhmədov müşavirəni yekunlaşdıraraq bu məsələ ilə əlaqədar məktəb direktorlarının və Mənzil Kommunal Təsərrüfatı Birliyi əməkdaşlarının əhalinin maarifləndirilməsi işində daha da yaxından iştirakının vacibliyini qeyd etmişdir.