Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hesabat yığıncağı

31 yanvar 2015 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, son illərdə olduğu kimi, 2014-cü ildə də möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial-iqtisadi inkişaf davam etmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idarəetmədə də islahatlar həyata keçirilir, müasir idarəetmə formaları tətbiq edilir. Bu istiqamətdə yaradılmış yeni struktur-sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli nümayəndəlikləri də fəaliyyətlərini operativ və səmərəli qurmağa çalışırlar.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, nümayəndəlik 51 minə yaxın əhalinin yaşadığı 2,39 kvadratkilometr ərazini əhatə edir. Nümayəndəlik il ərzində əraziyə xidmət edən 15,17, 41, 48 və 49 saylı  mənzil-kommunal istismar sahələrinin işlərinin koordinasiyası yönündə fəaliyyət göstərmişdir. Ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmış, qanunsuz tikintilərin qarşısının alınması istiqamətində tədbirlər görülmüşdür. Keçən il nümayəndəlik tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülmüş, sakinlər arasında təşkilatı və maarifləndirmə işləri aparılmış, 2014-cü il fefralın 17-dən mayın 1-dək sakinlərin çox hissəsi tibbi müayinədən keçirilmişdir.

Keçən il yenidən inşa edilmiş 23 saylı tam orta məktəb, əsaslı təmir və yenidənqurma işləri aparılmış Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb-Lisey kompleksi və 46 nömrəli tam orta məktəbdəki açılış mərasimlərində  respublikamızın Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

İl ərzində genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri həyata keçirilmişdir. 28 May küçəsində 17, F.Əmirov küçəsində 2, R.Behbudov küçəsində 6, S.Rəhimov küçəsində 2, S.Vurğun küçəsində 7 ünvanda binaların fasadları və eyvanları təmir olunmuşdur. Səkkiz küçədə, ümumilikdə 2400 kvadratmetr asfalt örtüyü vurulmuş, on iki küçənin bəzi hissələrində bardürlər dəyişdiriliş, asfalt örtüyü yenilənmişdir. Bülbül prospekti və S.Əsgərova küçəsində su və qaz xətləri yenilənmişdir. Keçən il Azərbaycan Dövlət Neft Akademiyasının tədris korpusunun fasad hissəsi təmir edilərək rənglənmiş, Uşaq Gənclər Yaradıcılıq sarayının Təsviri və tətbiqi sənət salonu əsaslı təmir edilmişdir.

Ötən il ümumilikdə 2540 kvadratmetr dam örtüyü təmir olunmuş, 670 poqonmetr su axıdıcı borular dəyişdirilmiş, 295 poqonmetr tüstü bacaları təmizlənmiş, 145 kvadratmetr keçid meydançası təmir edilmişdir. Müxtəlif küçələrdə 7350 kvadratmetr qazon salınmış, ağac və güllər əkilmişdir.

Hesabat dövründə nümayəndəlik rayondə keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak etmişdir. Keçirilmiş səyyar qəbullarda sakinlərin təklif və şikayətləri dinlənilmiş və onların icrası təmin olunmuşdur.

46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, sakin Aydın Heydərov və 41 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Fazil Qurbanovun çıxışları dinlənildi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.

Keçidlər