Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü münasibətilə tətbir

03 fevral 2015 | 16:00

Nəsimi rayonunda Gənclər Günü münasibətilə təntənəli mərasim keçirilib.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı  Nəsib Məhəməliyev açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.  O bildirdi ki, bu gün ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri gənclərlə işdir. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz gənclərə daim diqqət və qayğı göstərmişdir. Məhz buna görə hazırda gənclərimiz dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edirlər.

Gənclər Günü 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra  ictimai həyatda,  təhsil  və idmanda nailiyyətlər qazanmış bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edildi.

İncəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı nümayiş etdirildi.

 

 

 

Keçidlər