Nəsimi rayonunda növbəti tibbi müayinə aksiyası
Dövlət Başçısının ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Nəsimi rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır. Müayinələr rayon ərazisindəki 1, 3, 5 və 20 saylı poliklinikalarda aparılır və bu məqsədlər həmin tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.
20 saylı poliklinikada keçirilən tibbi müayinədən öncə komissiya üzvləri sakinlərlə görüşərək, onların arzu və istəkləri ilə maraqlandılar. Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Aksiyanın ilk 2 günü ərzində 2119 nəfər tibbi müayinədən keçib.
Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir. Aksiya çərçivəsində 140.000 nəfər rayon sakini tibbi müayinədən keçiriləcək.