Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sosial məsələlərlə bağlı iclas keçirilmişdir

05 dekabr 2012 | 16:00

Qışa hazırlıq, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev açaraq demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi soial-iqtisadi sahədə də geniş miqyaslı islahatlar keçirilmiş və bunun sayəsidə böyük uğurlara nail olunmuşdur.
Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da son illər bu sahədə nailiyyətlər əldə edilib. Belə ki, 2003-cü illə müqayisədə 2012-ci ildə ümumi məhsul istehsalı 4.6, nominal əmək haqqı 5.5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsi rayon icra hakimiyyəti fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Qış mövsümünə hazırlıqla bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini Ağa-Əli Əhmədovun çıxışı dinlənilmişdir. O bildirmişdir ki, mövsümə hazırlıqla bağlı binaların dam örtükləri təmir edilmiş, istilik sistemlərində profilaktik işlər görülmüş, yolların və səkilərin qardan təmizlənməsi üçün zəruri texnika və vasitələr hazır vəziyyətə gətirilmişdir.

Sosial sahələrdəki vəziyyətlə bağlı rayon icra hakimiyyəti başçısının müavini Zahid Xəlilov çıxış etmişdir. O bildirmişdir ki, əhalinin sosial müdafiəsi ilə bağlı məsələlər rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir və sakinlərin mənzil-məişət, məşğulluq, ünvanlı sosial yardımla əlaqədar problemlərinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında görülən işləri yüksək qiymətləndirmiş və tövsiyələrini vermişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etmişdir.
 

Keçidlər