Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ötən il uğurlu olmuşdur

20 fevral 2015 | 16:00

Nəsimi rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq geniş hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, son illərdə olduğu kimi, 2014-cü ildə də ölkəmizdə  bütün sahələrdə nailiyyətlər əldə olunmuş, böyük infrastruktur layihələri və proqramların icrası müvəffəqiyyətlə davam etdirilmiş, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bütün bu nailiyyətlər əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik siyasətin bariz nümunəsidir.

N.Məhəməliyev ötən il Nəsimi rayonunda sosial-iqtisadi inkişaf sahəsində önəmli nailiyyətlərin əldə olunduğunu vurğulayaraq hərtərəfli tərəqqi prosesinin artan sürətlə davam etdiyini və 2015-ci ilin də uğurlu olacağına əmin olduğunu bildirmişdir. Natiq ötən il rayonda həyata keçirilmiş irimiqyaslı quruculuq işlərindən və növbəti məsul vəzifələrdən danışmışdır.

“Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov, rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin  müdiri Nazim Quliyev görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə və Ziyad Səmədzadə çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə əldə olunan nailiyyətlər və bu il nəzərdə tutulmuş işlər barədə danışmışdır.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə uğurlu daxili və xarici siyasətə görə dövlət başçısına dərin minnətdarlıq və 2015-ci ili də nailiyyətlərlə əlamətdar etmək əzmi ifadə olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yığıncaqda yekun çıxışı etdi.

Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Aytən Mustafayeva iştirak edirdilər.

 

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”

Keçidlər