Şriftin ölçüsü :

Saytın rəngi :

“Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirilmişdir

20 fevral 2015 | 16:00

20.02.2015-ci il tarixdə Y.Mirzəyev adına 44 saylı orta məktəbdə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə “Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirilmişdir. Tamaşada narkotik maddələrin insan orqanizminə vurduğu zərərdən, narkotikdən istifadənin nəticədə gənclərin ölümünə səbəb olmasından və valideylərin düçar olduğu fəlakətdən bəhs edilmişdir.

Tamaşa bitdikdən sonra “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası”nın üzvləri yuxarı sinif şagirdləri arasında diskusiya keçirtdi. Şagirdlərin bir neçəsi tamaşaya olan fikirlərini bildirdilər. Bundan əlavə tədbirdə Bakı Şəhər Narkoloji Dispanserin həkimi, rayon Polis İdarəsinin İTŞ-nin YYÇ-larla PİTB-nin əməkdaşları iştirak edirdilər.

Keçidlər