Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr - Beynəlxalq Əlillər Günü

04 dekabr 2012 | 16:00

Beynəlxalq Əlillər Günü ilə bağlı Nəsimi rayonunda tədbir keçirilib. Mərasimi Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir.
Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov çıxış edərək bildirdi ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir və bu insanlara hərtərəfli kömək hamımızın borcudur.
Nəsimi rayon “20 Yanvar” Cəmiyyətinin sədri Tofiq Allahverdiyev və Nəsimi Rayon Vetranlar Şurasının sədri Sübhi Qazıyev ölkəmizdə əlillərə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Həmin gün 200-dən çox əlilə ərzaq bağlaması və maddi yardım verildi. Yataq xəstəsi olan əlillərə həmin yardımlar evlərində verildi.
 

Keçidlər