Nəsimi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qanlı qış günündə Xocalıda üzləşdi. Sovet İmperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın ərazi itkisi ilə yanaşı, XX əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.
Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlardan olan, türk qanına susayan yazıçı, heyvan xislətindən da aşağı mənəviyyatlı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri vandalizm və barbarlıq haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə gələrkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni hərəkətimizlə fəxr duyacaq”.
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Bakının Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən anım mərasimində 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamdan geniş söhbət açıldı. Tədbirdə ilk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev vurğuladı ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan, o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə yeddi min nəfərə yaxın adamın yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı. Uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildilər. Erməni millətçiləri XX əsrin sonunda növbəti dəfə tarixi cinayəti —Xocalı soyqırımını törətdilər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
Nəsib Məhəməliyev sözünə davam edərək vurğuladı ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir.
Bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum xalq” kimi təqdim edən vəhşi erməni millətçiləridir.
XX əsrin ən dəhşətli faciəsi hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olunmuşdu. Bu aksiyadanın müəllifləri Ermənistan və onların xaricdəki havadarlarıdır.
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir. Prezident İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Azərbaycanlılara qarşı erməni şovinsit dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Anım mərasimində çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək dünyada analoqu olmayan Xocalı soyqırımından danışdı.
Tədbirdə Sarabski adına Mədəniyyət Mərkəzinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Xocalı sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı. Həmçinin xocalılılara maddi yardım göstərildi.
Qədir ASLAN,
“Respublika”.