Nəsimi rayonunda görülən işlər barədə
26 fevral 2015 | 16:00
S.Əsgərova (C.Məmmədquluzadə küçəsindən S.Vurğun küçəsinədək) və Mərdanov Qardaşları (S.Əsgərova küçəsindən Ş.Əzizbəyov küçəsinədək) küçələrində yolun asfalt örtüyünün bərpa işləri davam edir, belə ki 6300 kv.m. ərazidə asfalt vurulması üçün hazırlıq işləri tamamlanır. Həmin küçələrdə 1300pm köhnə beton bardürlər yeni mərmər bardürlər ilə əvəz olunur və səkilərə 500 kv.m-ə yaxın asfalt döşənmiş, küçənin işıqlandırılması üçün müasir işıq dirəklərinin quraşdırılması nəzərdə tutulmuşdur. Əlavə olaraq S.Əsgərova küçəsində 400pm D-280 diametirli karoziyaya uğramış su borusu yenisi ilə əvəz olunmuşdur.