Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik

07 mart 2015 | 16:00

Hörmətli Nəsimi rayon xanımları!

Sizi “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət dolu günlər, rayonumuzun daha da inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da rayonun ictimai-siyası və sosial-iqtisadi inkişafında daha da yaxından iştirak edəcək var qüvvənizlə çalışacaqsınız.

Əziz xanımlar!

Sizi bayram münasibətilə bir daha təbrik edir, hər birinizə ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər arzulayıram. Arzu edirəm ki, heç vaxt üzünüzdən qadın təravəti və təbəssüm əskik olmasın.

Bayramınız mübarək!

Səmimi və xoş arzularla

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı                                                    Nəsib Məhəməliyev

 

Keçidlər