“Narkomaniyaya yox deyək” devizi altında silsilə tədbirlər həyata keçirmiş
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin ilk pilot layihə olaraq Nəsimi rayonu ilə anlaşılmış və Rayon İcra Hakimiyyətilə birgə rayonun bütün ümumtəhsil məktəblərində “Narkomaniyaya yox deyək” devizi altında silsilə tədbirlər həyata keçirmiş, inşa, yazı və rəsm müsabiqəsi aparmışlar. Tədbirin keçirildiyi müddət ərzində bu məqsədlə yaradılmış komissiya inşa yazı və rəsm müsabiqıəsinə verilmiş əsərlərlə tanış olmuş, qalibləri müəyyənləşdirmişlər. 13.03.2015-ci il tarixdə tədbirin yekunlaşması və qaliblərin mükafatlandırılması üçün bütün ümumtəhsil məktəblərin iştiraki ilə Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzi ilə birgə 46 saylı tam orta məktəbdə yekun tədbir keçirmişdir. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Səbinə Babazadə və Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Xalid Kərimov çıxış etmiş, tədbirin uğurlarından şərh vermiş, qalibləri təbrik etmişlər. Tədbirin sonunda Narkomaniyaya aid inşa yazılarının, çəkilmiş rəsm əsərlərinin qalibləri xüsusi sertifikat və qiymətli hədiyyələr verilmişdir. Tədbirdə 100 nəfər iştirak etmişdir. Qaliblərin mükafatlandırılması tədbir iştirakçılarına xoş ovqat bağışladı.