Nəsimi rayonunda Novruz bayramı keçirilmişdir
Adət-ənənələrimizin və milli mənəvi dəyərlərimizin qorunması sahəsində Ümummilli lider Heydər Əliyevin fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında milli bayramlarımız, xüsusilə Novruz bayramı ildən ilə daha yüksək səviyyədə qeyd edilərək, xalqımızın yaddaşına həkk olunmuşdur.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə adət-ənənələrimizi və milli mənəvi dəyərlərimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramı 30 sentyabr 2009-cu il tarixdə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu il tarixdə isə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Azərbaycan xalqının adət və ənənələrini, milli mənəvi xüsusiyyərtlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarına sevinc bəxş edən Novruz Bayramının Nəsimi rayonunda yüksək səviyyədə keçirilməsi üçün RİH Başçısının Sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. 18.03.2015-ci il tarixdə Vaqif prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə RİH Başçısı Nəsib Məhəməliyev çıxış edərək rayon sakinlərini Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra qonaqlar təşkil olunmuş sərgiyə baxmışlar. Sonda tanınmış incəsən ustalarının iştirakı ilə konsert olmuşdur.