Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda müşavirə keçirilib

31 mart 2015 | 15:00

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar rayon qərargahı yaradılmış və tədbirlər planı təsdiq edilmişdir. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Gül bayramının keçirilməsi ilə əlaqədar münsiflər heyətinin tərkibi və tədbirlər planı təsdiq olunmuşdur. Bundan başqa 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə tədbirlər planı hazırlanmışdır.

Rayonda bu məsələlərlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, I  Avropa Oyunlarının paytaxtımızda keçirilməsi son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun yüksəlməsinin bariz nümunəsidir. Həmin oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür və bu işlərdə Nəsimi rayonu da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

N.Məhəməliyev I Avropa Oyunları, Gül bayramı və qələbənin 70 illiyinin qeyd olunması ilə bağlı Nəsimi rayonunda həyata keçirilən işlərdən danışdı və həlli vacib məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırdı. İdarə və təşkilatlar qarşısında konkret tapşırıqlar qoyuldu və onların icrası üçün dəyərli məsləhətlər verildi. Tədbirdə son illər rayonda getdikcə genişlənən yaşıllaşdırma, yenidənqurma və abadlıq işlərinin səmərəliliyinin artırılması məqsədilə hər həftə üç iməcilik keçirilməsi barədə qərar qəbul edildi.

Rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov sərəncamlarla əlaqədar görülmüş işlər barədə geniş məlumatla çıxış etdi. Aidiyyatı qurumların nümayəndələri həyata keçiriləcək tədbirlərdən danışdılar. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müşavirəyə yekun vurdu.

Keçidlər