Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı
02 aprel 2015 | 15:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsinin birgə qərarı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilir.
3 mərhələdə - ümumtəhsil məktəbləri,şəhər və rayonlar,respublika üzrə - keçirilməli olan yarışın I mərhələsi yekunlaşmışdır. Yarışın II (rayon üzrə) mərhələsi 3 aprel 2015 – ci ildə Nəsimi rayon İOEUGİM-də keçiriləcəkdir.Bu mərhələnin qalibi rayonumuzu respublika mərhələsində təmsil edəcəkdir.