Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti tibbi müayinə aksiyası

06 aprel 2015 | 15:00

Dövlət Başçısının ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Nəsimi rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır. Müayinələr rayon ərazisindəki 1, 3, 5 və 20 saylı poliklinikalarda aparılır və bu məqsədlər həmin tibb müəssisələrində bütün lazımi şərait yaradılıb.

5 saylı poliklinikada keçirilən tibbi müayinədən öncə komissiya üzvləri sakinlərlə görüşərək, onların arzu və istəkləri ilə maraqlandılar. Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri  xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. İdiyə qədər  66 941 nəfər tibbi müayinədən keçib. Onlardan 66 682 nəfəri ambulator, 259 nəfəri isə stasionar diaqnozları təyin edilmişdir.

Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Ciddi müalicəyə ehtiyacı olan aztəminatlı ailələrin üzvlərinə, onların dərman preparatları ilə təmin olunmasına rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilir. Aksiya çərçivəsində 165.300 nəfər rayon sakini tibbi müayinədən keçiriləcək.

Hal-hal hazırda əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.

 

Keçidlər